Muxtəsər təfsir
إِلَّا مَن رَّحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ ۗ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ ﴿١١٩﴾
Yalnız Allah Öz rəhməti ilə hidayətə müvəffəq etdiyi şəxslərdən başqa. Onlar Allahın tövhidi barəsində əsla ixtilaf etməzlər. Uca Allah onları elə bu ixtilafla imtahan etmək üçün yaratdı. Onlardan bəziləri bədbəxdir, bəziləri isə xoşbəxt. Ey Peyğəmbər! Rəbbinin əzəldən Cəhənnəmi şeytana tabe olan cin və insanlarla dolduracağına dair verdiyi hökmü atrıq gerçəkləşdi.