×

التوبة

Ayə 99

Muxtəsər təfsir

وَمِنَ ٱلْأَعْرَابِ مَن يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَـٰتٍ عِندَ ٱللَّهِ وَصَلَوَٰتِ ٱلرَّسُولِ ۚ أَلَآ إِنَّهَا قُرْبَةٌ لَّهُمْ ۚ سَيُدْخِلُهُمُ ٱللَّهُ فِى رَحْمَتِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ ﴿٩٩﴾

Səhrada yaşayan ərəblərdən eləsi də var­dır ki, Alla­ha və qiyamət gü­nü­nə ina­nır, Allah yolunda xərc­lə­diyi malı Allah ya­nında yaxınlıq və Pey­ğəm­bə­rin (sallallahu aleyhi və səlləm) du­ala­rı­na və Allahdan onun üçün bağışlanma istəməsinə nail olmaq üçün va­sitə sayır. Agah olun ki, onların Allah yolunda mallarından xərcləməsi və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) də onlar üçün dua etməsi, on­lar üçün Allaha ya­xınlaşmağa bir vasi­tədir və o kimsə, Allahın hər bir şeyi əhatə etmiş geniş mər­hə­mətinə və Cənnətinə qo­vuş­araq savabını Allah yanında görəcəkdir. Allah, Ona tövbvə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.