×

التوبة

Ayə 95

Muxtəsər təfsir

سَيَحْلِفُونَ بِٱللَّهِ لَكُمْ إِذَا ٱنقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا۟ عَنْهُمْ ۖ فَأَعْرِضُوا۟ عَنْهُمْ ۖ إِنَّهُمْ رِجْسٌ ۖ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ جَزَآءًۢ بِمَا كَانُوا۟ يَكْسِبُونَ ﴿٩٥﴾

Ey möminlər! Siz cihaddan geri qayıtdığınız za­man cihada çıxmayıb geridə qalan münafiqlər sizin yanınıza gəlib, onların yalan üzürlərinə inanıb, onlara məzəmmət və tənə etməməniz üçün qar­şınızda Alla­ha and içə­cəklər. Siz onlara nifrət edərək, onları tərk edin. Çünki on­lar mənəvi cəhətdən çirkin və murdar insanlardırlar. Etdikləri nifaq və günah əməllərin cəzası olaraq qərar tutacaqları yer Cəhən­nəm olacaqdır.