×

التوبة

Ayə 91

Muxtəsər təfsir

لَّيْسَ عَلَى ٱلضُّعَفَآءِ وَلَا عَلَى ٱلْمَرْضَىٰ وَلَا عَلَى ٱلَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا۟ لِلَّهِ وَرَسُولِهِۦ ۚ مَا عَلَى ٱلْمُحْسِنِينَ مِن سَبِيلٍ ۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ ﴿٩١﴾

Allaha ixlasla ibadət edib, Onun Elçisinə tabe olub və onun şəriətinə əməl edəcəkləri təqdirdə qadınlara, uşaqlara, xəstələrə, aciz­lərə, korlara və döyüşdə vu­ruş­mağa vəsait tapa bil­məyən fəqir­lərə və bütün bu kimsələrin hamısının evində qal­ıb, döyüşə çıxmamasında heç bir gü­nah yoxdur. Çünki onlar sözün həqiqi mənasında üzürlü insanlardırlar. Bu üzürlü insanlardan yaxşı işlər gö­rən­lərə əzab verməyə isə heç bir əsas yox­dur. Allah yaxşı işlər gö­rən­ləri ba­ğış­la­yandır və onlara qarşı rəhm­li­dir.