×

التوبة

Ayə 81

Muxtəsər təfsir

فَرِحَ ٱلْمُخَلَّفُونَ بِمَقْعَدِهِمْ خِلَـٰفَ رَسُولِ ٱللَّهِ وَكَرِهُوٓا۟ أَن يُجَـٰهِدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ وَقَالُوا۟ لَا تَنفِرُوا۟ فِى ٱلْحَرِّ ۗ قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّا ۚ لَّوْ كَانُوا۟ يَفْقَهُونَ ﴿٨١﴾

Təbuk döyüşündə iştirak etməyib, Allah yolunda cihad etməkdən arxada qalan münafiqlər Allahın Elçisinin əley­hinə çı­xaraq evdə qalmalarına se­vindilər. Onlar möminlərin cihad etdikləri kimi Allah yo­lun­da öz mal­la­rı və canları ilə ci­had et­mək istəmədilər və öz münafiq qardaşlarının cihada çıxmalarına mane olaraq: "Bu qizmar günəş altında döyüşə çıx­mayın!" – de­dilər. O zaman Təbuk isti vaxtlara təsadüf etmişdir. Ey Peyğəmbər! Onlara belə de: "Münafiqləri gözləyən Cəhən­nəm atəşi, qaçdığınız bu dünyanın istisindən daha şiddətlidir!" Kaş onlar bunu an­la­yaydılar!