×

التوبة

Ayə 8

Muxtəsər təfsir

كَيْفَ وَإِن يَظْهَرُوا۟ عَلَيْكُمْ لَا يَرْقُبُوا۟ فِيكُمْ إِلًّا وَلَا ذِمَّةً ۚ يُرْضُونَكُم بِأَفْوَٰهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَـٰسِقُونَ ﴿٨﴾

Axı onların sizinlə düşmən olduqları bir halda, onlar ilə sizin aranızda əhdin və toxunulmazlığın təmin ediləsi necə ola bilər?! Əgər on­lar sizə qa­lib gəlsələr, nə Allahın hökmlərinə, nə qo­humluq əla­qəsinə, nə də əhdə riayət edər­lər. Əksinə sizə ən ağır işgəncələr verərlər. Qəl­blərində olanlarla əməllərində göstərtdikləri düz gəlmədiyi bir halda, dildə sizə yalandan gözəl söz söyləməklə sizi ra­zı sal­mağa çalışarlar. Onlar dediklərinə vəfalı olmazlar. On­ların çoxu əhlərini pozduqları üçün Allahın itaətindən çıxmış kimsələrdir.