×

التوبة

Ayə 74

Muxtəsər təfsir

يَحْلِفُونَ بِٱللَّهِ مَا قَالُوا۟ وَلَقَدْ قَالُوا۟ كَلِمَةَ ٱلْكُفْرِ وَكَفَرُوا۟ بَعْدَ إِسْلَـٰمِهِمْ وَهَمُّوا۟ بِمَا لَمْ يَنَالُوا۟ ۚ وَمَا نَقَمُوٓا۟ إِلَّآ أَنْ أَغْنَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضْلِهِۦ ۚ فَإِن يَتُوبُوا۟ يَكُ خَيْرًا لَّهُمْ ۖ وَإِن يَتَوَلَّوْا۟ يُعَذِّبْهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمًا فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ ۚ وَمَا لَهُمْ فِى ٱلْأَرْضِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ ﴿٧٤﴾

Münafiqlər sənin barədə pis sözlər söyləmədiklərinə və dinə tənə etmədiklərinə dair yalandan Allaha and içirlər. Onlar həqiqətən də, sənə onlardan çatan küfr sözləri demiş, imanı gəldikdən sonra kafir olmuş və bacara bilməsələrdə haqsız yerə Peyğəmbəri (sallallahu aleyhi və səlləm) öldürmək üçün can atmışlar. Onların Peyğəmbərdən intiqam almağı yalnız Alla­h Öz lütfündən Peyğəmbərinə qənimətlər bəxş edərək onu varlandırdığına gö­­rədir. Əgər onlar münafiqlikdən Allaha tövbə etsələr, bu onlar üçün daha xe­yir­li olar. Əgər tövbə etməkdən üz dön­dər­sələr, Allah on­ları dünyada qətil və ya əsir düşməklə, axi­rətdə də isə Cəhənnəm atəşi ilə ağrılı-acılı əzaba düçar edər. Yer üzündə on­la­rı əzabdan xilas edən nə bir dos­tu, nə də əzabdan qoruyan bir kömək­çisi var­dır.