×

التوبة

Ayə 66

Muxtəsər təfsir

لَا تَعْتَذِرُوا۟ قَدْ كَفَرْتُم بَعْدَ إِيمَـٰنِكُمْ ۚ إِن نَّعْفُ عَن طَآئِفَةٍ مِّنكُمْ نُعَذِّبْ طَآئِفَةًۢ بِأَنَّهُمْ كَانُوا۟ مُجْرِمِينَ ﴿٦٦﴾

Yalandan bəhanə gətirməklə üzrxahlıq istəməyin! Siz qəlbinizdə gozlətdiyiniz küfrü, Allaha, Onun ayələrinə və Onun Elçisinə istehza etdiklə aşkara çıxararaq artıq kafir ol­du­nuz. Siz­lər­dən bir qismini münafiqlik etməkdən tövbə edərək, bu işdən əl çəkib, ixlasla Allaha ibadət etdiklərinə görə ba­ğışlasaq da, tövbə etməyib, münafiqlikdə davam edərək, bu işdən əl çəkməyənlərə əzab ve­rərik.