Muxtəsər təfsir
إِلَّا تَنفِرُوا۟ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْـًٔا ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ﴿٣٩﴾
Ey möminlər! Əgər Allah yolunda düşməninizlə döyüşə çıxmasanız, Allah sizi məğlubiyyət, zəlillik və s. bu kimi rüsvayçılıqla əzaba düçar edər və sizi ,cihada səfərbərlik elan edildikdə cihada çıxan, Allaha itaətkar başqa bir qövmlə əvəz edər. Sizin Allahın əmrinə müxalif olmanız Ona heç bir zərər yetirməz, çünki Onun sizə ehtiyacı yoxdur, əksinə siz Ona möhtacsınız. Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz, Allah, siz olmasanızda Öz dininə və Peyğəmbərinə yardım etməyə qadirdir.