Muxtəsər təfsir
إِنَّمَا ٱلنَّسِىٓءُ زِيَادَةٌ فِى ٱلْكُفْرِ ۖ يُضَلُّ بِهِ ٱلَّذِينَ كَفَرُوا۟ يُحِلُّونَهُۥ عَامًا وَيُحَرِّمُونَهُۥ عَامًا لِّيُوَاطِـُٔوا۟ عِدَّةَ مَا حَرَّمَ ٱللَّهُ فَيُحِلُّوا۟ مَا حَرَّمَ ٱللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوٓءُ أَعْمَـٰلِهِمْ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَـٰفِرِينَ ﴿٣٧﴾
Ərəblərin cahiliyyət dövrdündə etdikləri kimi haram ayın haramlığını haram olmayan ayın yerinə salıb bu haram aylarda döyüşmək onların Allaha küfrlərini daha da artırmaqdır ki, şeytan bu pis bir adətlə Allaha küfür edənləri azdırar. Onlar halal olan ayların yerinə bir il haram olan ayı özlərinə halal sayır, beləliklə də, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırmaq üçün ayların adları üs-üstə düşməsə də belə bir il həmən ayların haramlığını başqa aylarda keçirdirlər. Əgər bir ayı özlərinə halal etsələr mütləq onun yerinə başqa bir ayı özlərinə haram edər, Allahın haram buyurduğun aylardan istədiklərini özlərinə halal edib, Allahın hökmlərinə müxalif olurlar. Beləcə, şeytan onlara etdikləri pis əməlləri özlərinə gözəl göstərdi. Şeytanın onlara gözəl göstərdiyi əməllərindən biri də onların haram ayların yerlərini halal ayların yerləri ilə dəyişmələridir. Allah kafirləri günahlarda israr etdiklərinə görə doğru yola müvəffəq etməz.