Muxtəsər təfsir
وَقَالَتِ ٱلْيَهُودُ عُزَيْرٌ ٱبْنُ ٱللَّهِ وَقَالَتِ ٱلنَّصَـٰرَى ٱلْمَسِيحُ ٱبْنُ ٱللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُم بِأَفْوَٰهِهِمْ ۖ يُضَـٰهِـُٔونَ قَوْلَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَبْلُ ۚ قَـٰتَلَهُمُ ٱللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ ﴿٣٠﴾
Yəhudi və nəsranilərin hər ikisi də Allaha şərik qoşanlardır. Yəhudilər Üzeyir Allahın oğlu olduğunu iddia etdikləri zaman Allaha şərik qoşdular. Nəsranilərdə həmçinin Məsih İsa Allahın oğlu olduğunu iddia etdikləri zaman Allaha şərik qoşdular. Bu onların heç bir əsası olmayan ağızlarından çıxan boş sözləridir. Onların bu sözü, özlərindən əvvəlki, "Mələklər Allahın qızlarıdır" – deyən müşriklərin sözlərinə oxşayır. Allah onların bu sözündən uca və böyükdür. Allah onları məhv etsin! Gör onlar necə də açıq-aydın haqdan batilə döndərilirlər!