×

التوبة

Ayə 23

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوٓا۟ ءَابَآءَكُمْ وَإِخْوَٰنَكُمْ أَوْلِيَآءَ إِنِ ٱسْتَحَبُّوا۟ ٱلْكُفْرَ عَلَى ٱلْإِيمَـٰنِ ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿٢٣﴾

Ey Allaha iman edib Rəsulunun gətirdiyinə tabe olan kimsələr! Əgər ata­la­rı­nız, qardaşla­rı­nız və ya yaxın qohum-əqrəbanız küfü­rü tək Allaha iman etməkdən üs­tün sayarlarsa, bu zaman möminlərin sirrlərini onlara açaraq, onlarla məsləhətləşib onları özünüzə dost tut­mayın. Onlar küfürdə israr etdikləri bir halda onları özünə dost tutub, onlara məhəbbət bəsləyən kimsə artıq Allaha asi olmuş və asilik etdiyinə görə nəfsini həlaka sürüklədiyi üçün özünə zülm etmişdir.