Muxtəsər təfsir
مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُوا۟ مَسَـٰجِدَ ٱللَّهِ شَـٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلْكُفْرِ ۚ أُو۟لَـٰٓئِكَ حَبِطَتْ أَعْمَـٰلُهُمْ وَفِى ٱلنَّارِ هُمْ خَـٰلِدُونَ ﴿١٧﴾
Müşriklər qəlblərində Allaha küfr etdikləri və bunu əməlləri ilə büruzə verdikləri bir halda, onlara Allahın məscidlərini ibadət və başqa itaət əməllərlə abadlaşdırmaq yaramaz. Onların imanları olmadığı üçün əməlləri puça çıxmışdır. Əgər onlar ölməzdən əvvəl Allaha şərik qoşmaqdan tövbə etməsələr, qiyamət günü cəhənnəmə varid olaraq orada əbədi qalacaqlar.