×

التوبة

Ayə 114

Muxtəsər təfsir

وَمَا كَانَ ٱسْتِغْفَارُ إِبْرَٰهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوْعِدَةٍ وَعَدَهَآ إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُۥٓ أَنَّهُۥ عَدُوٌّ لِّلَّهِ تَبَرَّأَ مِنْهُ ۚ إِنَّ إِبْرَٰهِيمَ لَأَوَّٰهٌ حَلِيمٌ ﴿١١٤﴾

İbrahim (aleyhissəlam) atasının Allahın dininə təslim olacağına ümüd edərək, atası üçün Allahdan bağış­lan­ma diləmək istəyi, İbrahimin mütləq Allahdan onun üçün bağışlanma diləyəcəyini təmənna etməsi, ona verdiyi vədə görə idi. İbrahim ata­sı­na etdiyi öyüd-nəsihətin heç bir faydası olmadığını və ya vəhy vasitəsi ilə atasının kafir olaraq öləcəyini bildikdən sonra, atasının Allaha düş­mən olduğu ona bəl­li olduğu zaman on­dan uzaqlaşdı. İbrahim bunu (atası üçün bağışlanma diləməsini istəməsi), Allahın ona vəhy etdiyi hökmə müxalif olaraq deyil, sadəcə olaraq ictihad edərək etmişdir. Həqiqətən, İb­ra­him Alla­ha çox yalvaran, zalım qövmünü bağışlayan bir kim­sə idi.