×

التوبة

Ayə 112

Muxtəsər təfsir

ٱلتَّـٰٓئِبُونَ ٱلْعَـٰبِدُونَ ٱلْحَـٰمِدُونَ ٱلسَّـٰٓئِحُونَ ٱلرَّٰكِعُونَ ٱلسَّـٰجِدُونَ ٱلْـَٔامِرُونَ بِٱلْمَعْرُوفِ وَٱلنَّاهُونَ عَنِ ٱلْمُنكَرِ وَٱلْحَـٰفِظُونَ لِحُدُودِ ٱللَّهِ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ ﴿١١٢﴾

Bu böyük uğura nail olan kimsələr, Allahın sevməyib, qəzəbləndiyi əməlləri Onun sevib, razı qaldığı əməllərlə dəyişən, təvazökarlıq edərək Allah qorxusundan zəlil olub, Ona ciddi şəkildə ibadət edən, yaxşı-yaman günlərdə Rəbbinə həmd-sənalar edən, oruc tutub, namaz qılan, insanlara Allah və Onun rəsulunun əmrlərini əmr edən, insanları Allah və ya Onun rəsulunun qadağalarından çəkindirən və Allahın əmrlərini yerinə yetirib, qoyduğu hüdudlarını qoruyan kimsələrdir. Ey Peyğəmbər! Belə möminlərə onları dünyada və axirətdə sevindirəcək şeylərlə müj­də­lə.