×

التوبة

Ayə 11

Muxtəsər təfsir

فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَإِخْوَٰنُكُمْ فِى ٱلدِّينِ ۗ وَنُفَصِّلُ ٱلْـَٔايَـٰتِ لِقَوْمٍ يَعْلَمُونَ ﴿١١﴾

Əgər etdikləri küfür əməllərdən Allaha tövbə edib, iki şəhadət kəlməsini tələffüz etsələr, na­maz qılıb mallarının zə­katını versələr, onlar sizin din qar­daş­la­rı­nızdır. Bu zaman sizə vacib edilən onlara da vacib edilər, sizə qadağan edilən onlara da qadağan edilmiş olar və bundan sonra onlarla döyüşmək sizə halal olmaz. Çünki İslamı qəbul etmələri onların qanlarını, mallarını və namuslarını qoruyar. Biz ayələri bilən kimsələrə be­lə­cə izah edirik. Çünki ayələrimizdən məhz belə kimsələr faydalanar və başqalarınıda fayda verərlər.