Muxtəsər təfsir
لَا تَقُمْ فِيهِ أَبَدًا ۚ لَّمَسْجِدٌ أُسِّسَ عَلَى ٱلتَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَن يَتَطَهَّرُوا۟ ۚ وَٱللَّهُ يُحِبُّ ٱلْمُطَّهِّرِينَ ﴿١٠٨﴾
Ey Peyğəmbər! Münafiqlərin səni o məsciddə namaz qılmaq üçün çağırışına cavab verərək, belə bir məsciddə əsla namaz qılma. Şübhəsiz ki, küfr üzərində qurulan məsciddə namaz qılmaqdansa, ilk gündən təqva üzərində qurulmuş Quba məscidində namaz qılmağın Allah yanında daha üstündür. Quba məscidində, natəmizlikdən və nəcasətdən su ilə, günahlardan isə tövbə və Allahdan bağışlanma diləməklə təmizlənməyi sevən kişilər vardır. Allah da natəmizlikdən, nəcasətdən və günahlardan təmizlənənləri sevər!