Muxtəsər təfsir
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَـٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَوا۟ وَّنَصَرُوٓا۟ أُو۟لَـٰٓئِكَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ ۚ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَلَمْ يُهَاجِرُوا۟ مَا لَكُم مِّن وَلَـٰيَتِهِم مِّن شَىْءٍ حَتَّىٰ يُهَاجِرُوا۟ ۚ وَإِنِ ٱسْتَنصَرُوكُمْ فِى ٱلدِّينِ فَعَلَيْكُمُ ٱلنَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَـٰقٌ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ﴿٧٢﴾
Həqiqətən, Allaha iman gətirənlər, Onun Rəsulunu təsdiq edənlər, onun gətirdiyi şəriətə əməl edənlər, küfür diyarından İslam diyarına və ya Allaha əmin-amanlıqla ibadət edən bir diyara hicrət edənlər və Allahın kəlməsi uca olması üçün öz malları və canları ilə cihad edən mühacirlər və onlara qonaqpərvərliklə yanaşıb, köməklik göstərən ev sahibi olan ənsarlar məhz onlar bir-birinin dostlarıdırlar. Ey Möminlər! Allaha iman gətirən, lakin küfür diyarından İslam diyarına hicrət etməyənlərə gəldikdə isə, onlar Allah yolunda hicrət etməyincə siz onları qorumağa və himayə etməyə borclu deyilsiniz. Əgər kafirlərin onlara zülüm etdiklərinə görə kafirlərə qarşı sizdən kömək istəsələr,onlara kömək etməyiniz gərəkdir. Əgər sizinlə aranızda əhd olan kafir bir qövmə qarşı özlərinə yardım etmənizi istəsələr bu zaman yardım edib onlarla bağladığınız əhdi pozmaq yalnış addımdır. Allah sizin nə etdiklərinizi görür. Etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. Allah dünya da ikən gördüyünüz əməllərin müqabilini sizə verəcəkdir.