×

الأنفال

Ayə 65

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَرِّضِ ٱلْمُؤْمِنِينَ عَلَى ٱلْقِتَالِ ۚ إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَـٰبِرُونَ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌ يَغْلِبُوٓا۟ أَلْفًا مِّنَ ٱلَّذِينَ كَفَرُوا۟ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُونَ ﴿٦٥﴾

Ey Peyğəmbər! Mömin­ləri döyü­şə ruhlandır. Onları kafirlərlə döyüşməyə ürəkləndir. Ey Möminlər! Əgər ara­nızda kafirlərlə döyüşməyə iyirmi sə­birli kişi olsa, kafirlər­dən iki yüzünə qa­lib gə­lər, əgər ara­nız­da yüz səbirli ki­şi ol­sa, ka­fir­lərdən mininə qa­lib gələr. Çün­ki on­lar Allahın Öz dostlarına yardım etməsini və düşmənlərini isə məhv etməsini anla­ma­yan bir qövümdür. Onlar nə üçün döyüşdüklərini dərk etmirlər. Onlar dünya da ucalmaq, ad-sana və şan-şöhrət nail olmaq üçün döyüşürlər.