Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَتَّقُوا۟ ٱللَّهَ يَجْعَل لَّكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ﴿٢٩﴾
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Bilin ki, əgər siz Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxsanız, O sizə haqla batili ayırd etmə bacarığı verər, bundan sonra qəlbinizdə heç bir şübhə qalmaz, Allah sizin etdiyiniz pis əməllərdən keçər və sizin günahlarınızı bağışlayar. Allah böyük lütf sahibidir. Allahın mütəqqi qulları üçün hazırladığı cənnət də, Onun böyük lütfündən biridir.