Muxtəsər təfsir
إِن تَسْتَفْتِحُوا۟ فَقَدْ جَآءَكُمُ ٱلْفَتْحُ ۖ وَإِن تَنتَهُوا۟ فَهُوَ خَيْرٌ لَّكُمْ ۖ وَإِن تَعُودُوا۟ نَعُدْ وَلَن تُغْنِىَ عَنكُمْ فِئَتُكُمْ شَيْـًٔا وَلَوْ كَثُرَتْ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلْمُؤْمِنِينَ ﴿١٩﴾
Ey Müşriklər! Əgər siz həddini aşan zalımlara Allahın onlara əzab verməsini diləyirsinizsə, artıq Allah dilədiyiniz əzabı sizə gətirmişdir. Allah sizə, möminlərə ibrət olacaq bir əzab göndərmişdir. Əgər bunu Allahdan diləməkdən əl çəksəniz, bu, sizin üçün xeyirli olar. Ola bilsin ki, Allah bununla sizə bir az möhlət versin və sizdən intiqam almaqa tələsməsin. Yox əgər möminlərə qələbə bəxş edib, sizə əzab verdikdən sonra da Allahdan zalımlara əzab verməsini diləsəniz və möminlərlə döyüşsəniz, bu zaman möminlərin az olmasına rəğmən, sizin sayınız və döyüş hazırlığınız çox olsa belə camaatınız və himayədarlarınızın sizə heç bir faydası olmaz. Şübhəsiz ki, Allah Öz köməyi və yardımı ilə möminlərlə birğədir. Allah kim ilə birğə olarsa, heç kimsə onu məğlub edə bilməz.