Muxtəsər təfsir
فَلَمْ تَقْتُلُوهُمْ وَلَـٰكِنَّ ٱللَّهَ قَتَلَهُمْ ۚ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَـٰكِنَّ ٱللَّهَ رَمَىٰ ۚ وَلِيُبْلِىَ ٱلْمُؤْمِنِينَ مِنْهُ بَلَآءً حَسَنًا ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌ ﴿١٧﴾
Ey möminlər! Bədr döyüşündə müşrikləri öz gücünüz sayəsində siz öldürmədiniz, lakin Allah sizə onları öldürməyə yardım etd. Ey Peyğəmbər! Müşriklərə atdığın zaman sən atmadın, lakin sənin atdığını onlara çatdıran Allah atdı ki, möminlər sayca və döyüş hazırlığı baxımından müşriklərdən qat-qat az olduğunuz bir halda, O, sizə Öz tərəfindən düşmənlərinizə qarşı qələbə verməklə, Onun sizə olan nemətinə şükür etməniz üçün sizi yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah dualarınızı, dediyiniz sözləri eşidəndir, əməllərinizi görən və sizə xeyirli olan hər şeyi biləndir.