Muxtəsər təfsir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ يَسْـَٔلُونَكَ عَنِ ٱلْأَنفَالِ ۖ قُلِ ٱلْأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَصْلِحُوا۟ ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿١﴾
Ey Peyğəmbər! Səhabələrin səndən qənimətlərin necə və kimlər arasında bölünməsi barəsində soruşurlar. Ey Peyğəmbər! Onların suallarına cavab olaraq onlara belə de: "Qənimətlər Allah və Onun Rəsulu - sallallahu aleyhi və səlləm - üçündür, qənimətləri bölməyin və paylamağın hökmü Allaha və Rəsuluna - sallallahu aleyhi və səlləm - aiddir, sizin üzərinizə düşən isə Allah və Rəsulunun - sallallahu aleyhi və səlləm - hökmlərinə boyun əyib, tabe olmaqdır". Ey Möminlər! Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Allahdan qorxun və aranızdakı düşmənçilik münasibətlərini bir-birinizə qarşı sevği, gözəl əxlaq və əfv etməklə düzəldin. Əgər həqiqətən də möminsinizsə, Allaha və Onun Rəsuluna - sallallahu aleyhi və səlləm - itaət edin. Çünki iman, insanı itaətə əməllərə yönəldər və günah əməllərdən çəkindirər. Səhabələrin Peyğəmbərə - sallallahu aleyhi və səlləm - bu sualı, Bədr döyüşü baş verdikdən sonra olmuşdur.