Muxtəsər təfsir
فَعَصَىٰ فِرْعَوْنُ ٱلرَّسُولَ فَأَخَذْنَـٰهُ أَخْذًا وَبِيلًا ﴿١٦﴾
Firon Rəbbi tərəfindən onun yanına göndərilmiş rəsula asi oldu. Buna görə də Biz onu bu dünyada dənizdə batırmaqla, axirətdə də Cəhənnəm əzabı ilə şiddətli cəzaya məruz qoyduq. Elə isə, sizə göndərilmiş rəsula asi olmayın, yoxsa Fironun başına gələnlər sizin də başınıza gələr.