Muxtəsər təfsir
حَتَّىٰٓ إِذَا رَأَوْا۟ مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا ﴿٢٤﴾
Kafirlər dünyada özlərinə vəd olunmuş əzabı qiyamət günü öz gözləri ilə görənədək küfrlərindən əl çəkməyəcəklər. O zaman onlar kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.