×

الجن

Ayə 19

Muxtəsər təfsir

وَأَنَّهُۥ لَمَّا قَامَ عَبْدُ ٱللَّهِ يَدْعُوهُ كَادُوا۟ يَكُونُونَ عَلَيْهِ لِبَدًا ﴿١٩﴾

Allahın qulu Muhəmməd (səllallahu aleyhi və səlləm) qalxıb xurma bağları olduğu bir vadidə Allaha ibadət edərkən cinlər onun Quran oxuduğunu eşitdikdə az qala izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər.