Muxtəsər təfsir
أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ ﴿٣﴾
Xəbərdarlığımın əsas məğzi budur ki, sizə deyim: Yalnız Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinməklə Ondan qorxun və bir də, sizə əmr etdiyim işlərdə mənə itaət edin!