Muxtəsər təfsir
فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَـٰقَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَـٰلَـٰتِ رَبِّى وَنَصَحْتُ لَكُمْ ۖ فَكَيْفَ ءَاسَىٰ عَلَىٰ قَوْمٍ كَـٰفِرِينَ ﴿٩٣﴾
Onlar həlak olduqdan peyğəmbərləri Şueyb - aleyhissəlam - onlardan üz çevirib onlara xitabən belə dedi: "Ey qövmüm! Mən Rəbbimin mənə sizə çatdırmağı əmr etdiyi hökmlərini sizə çatdırdım və sizə öyüd-nəsihət verdim, lakin siz mənim öyüd-nəsihətimi dinləyib, mənə tabe olmadınız. Elə isə Allaha küfr edib, günahlar etməkdə davam edən bir qövümdən ötrü mən necə qəm-qüssə edə bilərəm?"