Muxtəsər təfsir
فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَـٰقَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَةَ رَبِّى وَنَصَحْتُ لَكُمْ وَلَـٰكِن لَّا تُحِبُّونَ ٱلنَّـٰصِحِينَ ﴿٧٩﴾
Saleh - aleyhissəlam - qövmünün onun dəvətinə cavab verəcəklərindən ümidini kəsdikdən sonra onlardan üz çevirib dedi: "Ey qövmüm! Atrıq mən, Allahın mənə sizə çatdırmağı əmr etdiyi hökmünü sizə çatdırdım və sizi həvəsləndirərək və qorxudaraq sizə öyüd-nəsihət verdim. Lakin siz, sizi xeyirə yönəldən və şər əməllərdən çəkindirən nəsihət verənləri sevmirsiniz".