×

الأعراف

Ayə 73

Muxtəsər təfsir

وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَـٰلِحًا ۗ قَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥ ۖ قَدْ جَآءَتْكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ ۖ هَـٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمْ ءَايَةً ۖ فَذَرُوهَا تَأْكُلْ فِىٓ أَرْضِ ٱللَّهِ ۖ وَلَا تَمَسُّوهَا بِسُوٓءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ أَلِيمٌ ﴿٧٣﴾

Biz Səmud qəbiləsinə də qar­daşları Sa­lehi onları yalnız Allaha ibadət etməyə çağırmaq üçün peyğəmbər göndərdik. Saleh onlara de­di: "Ey qöv­müm! Tək Allaha iba­dət edin! Sizin Ondan başqa ibadətə layiq olan mə­budunuz yox­dur. Artıq Allahdan sizə gətirdiyimin doğru olduğunu təsdiq edən açıq-aydın dəlillər gəldi. Buna misal qaya­dan çı­xan bu dişi dəvəni misal göstərmək olar. Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. Onu Alla­hın tor­pa­ğında otlasına mane olmayın. Onun ruzisi Bizə aiddir, bu işdə sizə aid olan bir şey yoxdur. Ona heç bir əziyyət verməyin, əgər ona əziyyət vermiş olsanız sizi ağ­rı­lı-acılı bir əzab yaxalayacaqdır!".