Muxtəsər təfsir
قَالُوٓا۟ أَجِئْتَنَا لِنَعْبُدَ ٱللَّهَ وَحْدَهُۥ وَنَذَرَ مَا كَانَ يَعْبُدُ ءَابَآؤُنَا ۖ فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿٧٠﴾
Qövmü ona dedi: "Ey Hud! Yanımıza ata-babalarımızın ibadət etdiklərini tərk edib tək Allaha ibadət etməyimizi əmr etməyəmi gəldin? Əgər iddianda doğrusansa, elə isə bizə vəd etdiyin əzabı gətir".