Muxtəsər təfsir
وَلَا تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ بَعْدَ إِصْلَـٰحِهَا وَٱدْعُوهُ خَوْفًا وَطَمَعًا ۚ إِنَّ رَحْمَتَ ٱللَّهِ قَرِيبٌ مِّنَ ٱلْمُحْسِنِينَ ﴿٥٦﴾
Allah yer üzünə peyğəmbərlər göndərərək oranı tək Ona itaət etməklə islah etdikdən sonra, orada günahlar edərək yenidən fəsad törətməyin. Allahın əzabının qorxusunu hiss edərək və Onun savabına ümid bəsləyərək Ona səmimi qəlbdən dua edin. Həqiqətən, Allahın rəhməti yaxşılıq edənlərə yaxındır və sizdə o kimsələrdən olun!