×

الأعراف

Ayə 52

Muxtəsər təfsir

وَلَقَدْ جِئْنَـٰهُم بِكِتَـٰبٍ فَصَّلْنَـٰهُ عَلَىٰ عِلْمٍ هُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ ﴿٥٢﴾

Biz onlara bu Quranı göndərdik. O, Muhəmmədə - sallallahu aleyhi və səlləm - nazil edilən bir kitabdır. Biz o kitabda bəyan etdiyimizi elmlə izah etmişik. O kitab, möminləri haqq yoluna yönəldəndir, dünya və axirət xeyirlərinə dəlalət etdiyinə görə onlar üçün rəhmətdir.