Muxtəsər təfsir
قُلْ إِنَّمَا حَرَّمَ رَبِّىَ ٱلْفَوَٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَٱلْإِثْمَ وَٱلْبَغْىَ بِغَيْرِ ٱلْحَقِّ وَأَن تُشْرِكُوا۟ بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَـٰنًا وَأَن تَقُولُوا۟ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ ﴿٣٣﴾
Ey Peyğəmbər! Allahın halal etdiyi şeyləri haram edən müşriklərə de: "Həqiqətən Allah qullarına həm aşkar, həm də gizli edilən çirkin, nalayiq əməlləri, bütün günahı, insanların canlarına, mallarına və namuslarına haqsızcasına toxunaraq insalara zülm etməyi, heç bir dəlilliniz olmadan başqasını Allaha şərik qoşmağınızı və Allahın adları, sifətləri, feilləri və şərəti barədə elmsiz danışmağı haram buyurmuşdur".