Muxtəsər təfsir
إِنَّ وَلِـِّۧىَ ٱللَّهُ ٱلَّذِى نَزَّلَ ٱلْكِتَـٰبَ ۖ وَهُوَ يَتَوَلَّى ٱلصَّـٰلِحِينَ ﴿١٩٦﴾
Həqiqətən, mənim himayədarım, mənə yardım edən və məni qoruyan Allahdır. Mən Ondan başqasına üz tutmaram və sizin bütlərinizdən də qorxub çəkinmərəm. İnsanlara doğru yolu göstərən Quranı mənə nazil edən Odur. Qullarından əməlisalehlərə himayəçilik edən, onları qoruyan və onlara kömək olan da Odur!