Muxtəsər təfsir
هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن نَّفْسٍ وَٰحِدَةٍ وَجَعَلَ مِنْهَا زَوْجَهَا لِيَسْكُنَ إِلَيْهَا ۖ فَلَمَّا تَغَشَّىٰهَا حَمَلَتْ حَمْلًا خَفِيفًا فَمَرَّتْ بِهِۦ ۖ فَلَمَّآ أَثْقَلَت دَّعَوَا ٱللَّهَ رَبَّهُمَا لَئِنْ ءَاتَيْتَنَا صَـٰلِحًا لَّنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ ﴿١٨٩﴾
Ey kişi və qadınlar! Sizi tək bir candan, Adəmdən - aleyhissəlam -, Adəmdən də - aleyhissəlam - onun zövcəs Həvvanı yaradan Odur. Allah Həvvanı Adəm onunla ünsiyyət bağlayıb, rahatlıq tapsın deyə onun qabırğasından yaratdı. Adəm zövcəsinə yaxınlıq etdikdə, zövcəsi yüngül bir yüklə yükləndib hamilə qaldı. Hamiləliyin ilkin vaxtı olduğu üçün heç özüdə bunu hiss etmədi. Həvva bir müddət ağırlıq hiss etmədən onu bətnində gəzdirdi. Bətnindəki körpəsi böyüyüb, ağırlaşdığı zaman hər ikisidə: "Ey Rəbbimiz! Əgər Sən bizə bütün əzaları sağlam bir övlad versən, əlbəttə, Sənin nemətlərinə şükür edənlərdən olarıq" – deyə Allaha dua etdilər.