Muxtəsər təfsir
وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ لَهُمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَّا يُبْصِرُونَ بِهَا وَلَهُمْ ءَاذَانٌ لَّا يَسْمَعُونَ بِهَآ ۚ أُو۟لَـٰٓئِكَ كَٱلْأَنْعَـٰمِ بَلْ هُمْ أَضَلُّ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْغَـٰفِلُونَ ﴿١٧٩﴾
Biz əzəli elmimizə əsasən kimin nə əməl sahibi olacağını bildiyimiz üçün, Cəhənnəm üçün bir çox cinlər və bir çox insanlar yaratdıq. Onların qəlbləri var, onunla özlərinə fayda və zərər verən şeyləri dərk etməzlər; gözləri var, onunla özlərində və kainatda olan Allahın ayələrini görüb ibrət almazlar; qulaqları var, onunla Allahın ayələrini eşidib düşünməzlər. Belə bir sifətlərə sahib olan kimsələr ağıllarını itirdikləri üçün heyvan kimidirlər, əksinə, onlar hətta heyvandan da daha çox azğınlıqdadırlar. Allahın ayələrindən və axirət günündən qafil olanlar da məhz onlardır.