×

الأعراف

Ayə 176

Muxtəsər təfsir

وَلَوْ شِئْنَا لَرَفَعْنَـٰهُ بِهَا وَلَـٰكِنَّهُۥٓ أَخْلَدَ إِلَى ٱلْأَرْضِ وَٱتَّبَعَ هَوَىٰهُ ۚ فَمَثَلُهُۥ كَمَثَلِ ٱلْكَلْبِ إِن تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَث ۚ ذَّٰلِكَ مَثَلُ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا ۚ فَٱقْصُصِ ٱلْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ ﴿١٧٦﴾

Əgər Biz bu ayələrlə ona fayda vermək istəsəydik, bu ayə­lə­rin sayə­sində onu ucaldar və bu ayələrə əməl etməyə müvəffəq edib, onu dünya və axirətdə yüksək dərəcələrə ucalardıq. La­kin o, dünyanı axirətdən üstün tutaraq dünya­ şəhvətlərinə meyl salıb özünə rəzaləti seçdi və öz nəfsinin batil istəyinə uydu. Onun dünyaya həddən artıq hərisliyinin misalı hər zaman ləhləyən itin misalına bən­­zə­yir; onu dayansa da dilini çı­xardıb ləh­lə­yər, qovulsa da. Bu deyilən məsəl, ayələri­mizi ya­lan he­sab edən­, azğın qövmün məsəlidir. Ey Peyğəmbər! Bu əhva­lat­la­rı onlara da­nış ki, bəlkə onlar fikirləşib Allahın ayələrini yalan saymaqa son qoyub bu azğınlıqdan əl çəksinlər.