Muxtəsər təfsir
فَلَمَّا عَتَوْا۟ عَن مَّا نُهُوا۟ عَنْهُ قُلْنَا لَهُمْ كُونُوا۟ قِرَدَةً خَـٰسِـِٔينَ ﴿١٦٦﴾
Onlar Allaha qarşı təkəbbürlük və inadkarlıq edərək özlərinə qoyulan həddi pozub, öyüd-nəsihətdən üz çevirdikdə, Biz onlara: "Ey günahkar insanlar! Zəlil meymunlar olun! – dedik, onlarda dediyimiz kimi oldular. Biz bir şeyin olmasını istədiyimiz zaman ona ancaq: "Ol!" – deyərik. O da dərhal olar.