Muxtəsər təfsir
وَسْـَٔلْهُمْ عَنِ ٱلْقَرْيَةِ ٱلَّتِى كَانَتْ حَاضِرَةَ ٱلْبَحْرِ إِذْ يَعْدُونَ فِى ٱلسَّبْتِ إِذْ تَأْتِيهِمْ حِيتَانُهُمْ يَوْمَ سَبْتِهِمْ شُرَّعًا وَيَوْمَ لَا يَسْبِتُونَ ۙ لَا تَأْتِيهِمْ ۚ كَذَٰلِكَ نَبْلُوهُم بِمَا كَانُوا۟ يَفْسُقُونَ ﴿١٦٣﴾
Ey Peyğəmbər! Yəhudilərədən dənizə yaxın kəntdə yaşayan ata-babaları barədə Allahın onlara necə əzab verdiyini onlara xatıriatmaq üçün xəbər al! O vaxt onlar şənbə günü ov etmək üçün qoyulmuş qadağanı pozub, Allahın hüdudlarını aşaraq o günü ov edirdilər. Belə ki, Allah onları, şənbə günü balıqları dənizin üzə çıxararaq onların yanına axışıb gəlməsi, şənbədən başqa günlərdə isə onlara tərəf gəlməməsi ilə imtahana çəkdi. Allah onların etdikləri günahlara və Onun itaətində çıxdıqlarına görə belə bir imtahana çəkmişdi. Onlar balıq ovlamaq üçün torlarını qoyub, quyularını qazıyaraq hiyləgərliyə əl atdılar. Beləliklə də, altıncı gün balıqlar tora düşürdü, bazar günü isə o balıqları tordan çıxarıb yeyirdilər.