Muxtəsər təfsir
وَقَطَّعْنَـٰهُمُ ٱثْنَتَىْ عَشْرَةَ أَسْبَاطًا أُمَمًا ۚ وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ إِذِ ٱسْتَسْقَىٰهُ قَوْمُهُۥٓ أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْحَجَرَ ۖ فَٱنۢبَجَسَتْ مِنْهُ ٱثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ ۚ وَظَلَّلْنَا عَلَيْهِمُ ٱلْغَمَـٰمَ وَأَنزَلْنَا عَلَيْهِمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ ۖ كُلُوا۟ مِن طَيِّبَـٰتِ مَا رَزَقْنَـٰكُمْ ۚ وَمَا ظَلَمُونَا وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿١٦٠﴾
Biz İsrail oğulların on iki qəbiləyə böldük. Qövmü Musadan - aleyhissəlam - Allahın onlara yağış yağdırması üçün Ona dua etməsini tələb etdiyi zaman, Biz ona: "Ey Musa! Əsanla daşa vur!" – deyə vəhy etdik. Musa - aleyhissəlam - da əsası ilə daşa vurdu, elə bu zaman onların on iki qəbilələrinin sayı qədər daşdan on iki bulaq qaynayıb çıxdı. Hər qəbilə özünün ona xas olan su içəcəyi yeri bildi. Həmən bulaqdan başqa qəbilədən olan kimsə su içə bilməzdi. Biz onların üstünə buludla kölgə saldıq, onlar yer üzündə seyr edikdə o buludlarda onların üzərində onlarla birgə seyr edər, dayandıqları zaman üzərindəki o buludlarda dayanardı. Biz onlara bal kimi şirin olan şərab və bildirçinə oxşar, əti dadlı kiçik quş nemətlərimizdən ruzi endirdik, özlərinə də: "Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!"– dedik. Onlar etdikləri günahlarla, nemətlərə küfür etməklə və onlara verilən nemətlərə layiqincə şükür etmədiklərinə görə bizə qarşı deyil, lakin Allahın əmrlərinə müxalif olub, Onun nemətlərinə nankorluq etdikləri üçün özlərini həlaka sürüklədiklərinə görə yalnız özləri özlərinə zülm etdilər.