Muxtəsər təfsir
قُلْ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُمْ جَمِيعًا ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ يُحْىِۦ وَيُمِيتُ ۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِ ٱلنَّبِىِّ ٱلْأُمِّىِّ ٱلَّذِى يُؤْمِنُ بِٱللَّهِ وَكَلِمَـٰتِهِۦ وَٱتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ ﴿١٥٨﴾
Ey Peyğəmbər! De: "Ey insanlar! Şübhəsiz ki, sizin ərəb və ya əcəm olmanızdan aslı olmayaraq, mən sizin hamınıza göndərilmiş Allahın elçisiyəm. Göylərin və yerin mülkü yalnız Onun əlindədir, Ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur. O, ölüləri dirildir, diriləri də öldürür. Ey İnsanlar! Elə isə Allaha və Onun yazıb-oxumaq bilməyən, sizə yalnız Rəbbinin ona vəhy etdiyindən xəbər verən, həm Allaha, həm də ona nazil edilən Allahın kəlmələrinə və özündən əvvəl göndərilən peyğəmbərlərə, onlar arasında fərq qoymadan hamısına iman gətirmiş elçisi Muhəmməd peyğəmbərə - sallallahu aleyhi və səlləm - iman gətirin. Onun Rəbbindən sizə gətirdiyinin ardınca gedin ki, bəlkə dünyada və axirətdə sizə faydalı olan şeylərə yönələsiniz".