Muxtəsər təfsir
وَٱخْتَارَ مُوسَىٰ قَوْمَهُۥ سَبْعِينَ رَجُلًا لِّمِيقَـٰتِنَا ۖ فَلَمَّآ أَخَذَتْهُمُ ٱلرَّجْفَةُ قَالَ رَبِّ لَوْ شِئْتَ أَهْلَكْتَهُم مِّن قَبْلُ وَإِيَّـٰىَ ۖ أَتُهْلِكُنَا بِمَا فَعَلَ ٱلسُّفَهَآءُ مِنَّآ ۖ إِنْ هِىَ إِلَّا فِتْنَتُكَ تُضِلُّ بِهَا مَن تَشَآءُ وَتَهْدِى مَن تَشَآءُ ۖ أَنتَ وَلِيُّنَا فَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَا ۖ وَأَنتَ خَيْرُ ٱلْغَـٰفِرِينَ ﴿١٥٥﴾
Musa, onlardan buzova ibadət edən səfehlərin etdiyi əmələ görə Rəbbindən bağışlanma diləmək üçün qövmündən yetmiş hörmətli kişi seçdi. Allah onların gəlişi üçün müəyyən vaxt təyin etdi. Onlar təyin edilmiş vaxtda gəldikdə, Allaha qarşı özlərində cürət tapıb, Musadan - aleyhissəlam - Allahın onlara gözlə görünməsini tələb etdilər. Elə bu zaman onları zəlzələ yaxaladı və zəlzələnin dəhşətindən bayılmaqlar və beləliklə də onlar məhv oldular. Musa - aleyhissəlam - bunu gördükdə, Rəbbinə yalvararaq dedi: "Ey Rəbbim! Əgər istəsəydin, bura gəlməzdən əvvəl onları da və məni də onlarla birgə məhv edərdin. Özümüzdən olan ağıldan kəmlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Qövmümün buzova ibadət etməsi, yalnız Sənin istədiyin kimsəni azdırmaq və istədiyinidə doğru yola yönəltmək üçün olan sınağdan başqa bir şey deyildi. Sən bizim himayəçimizsən! Bizim günahlarımızı bağışla və bizə Öz geniş rəhmətinlə rəhm et! Axı Sən günahı bağışlayanların və əfv edənlərin ən yaxşısısan!