×

الأعراف

Ayə 150

Muxtəsər təfsir

وَلَمَّا رَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوْمِهِۦ غَضْبَـٰنَ أَسِفًا قَالَ بِئْسَمَا خَلَفْتُمُونِى مِنۢ بَعْدِىٓ ۖ أَعَجِلْتُمْ أَمْرَ رَبِّكُمْ ۖ وَأَلْقَى ٱلْأَلْوَاحَ وَأَخَذَ بِرَأْسِ أَخِيهِ يَجُرُّهُۥٓ إِلَيْهِ ۚ قَالَ ٱبْنَ أُمَّ إِنَّ ٱلْقَوْمَ ٱسْتَضْعَفُونِى وَكَادُوا۟ يَقْتُلُونَنِى فَلَا تُشْمِتْ بِىَ ٱلْأَعْدَآءَ وَلَا تَجْعَلْنِى مَعَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿١٥٠﴾

Musa Rəbbi ilə danışdıqdan sonra qövmünün buzova ibadət etdiklərinə görə qəzəbli və kədər­li halda öz qövmünün yanına qa­yıt­dığı zaman onlara dedi: "Ey Qövmüm! Sizi qoyub getdikdən son­ra məni gözləməkdən bezib, buzovu özünüzə məbud qəbul etməklə, sizi həlaka və bədbəxtçiliyə sürükləyən işlər görüb necə də pis bir hala düşdünüz?!" Musa ona üz vermiş qəzəb və hüznündən dolayı əlindəki löv­hə­ləri yerə atdı və qardaşı Harunun - aleyhissəlam -, onlarla birlikdə olarkən, onları buzova ibadət etdiklərinə mane olmadığı üçün onun ba­şın­dan və saqqalından yapışıb özünə tə­rəf çəkdi. Harun - aleyhissəlam - Musaya - aleyhissəlam - üzürxahlıq edib, könlünü almaq üçün ona dedi: "Ey ana­mın oğlu! Həqiqətən, camaat məni zəif hesab edib, məni rəzil etdilər və az qala ki, onlar məni öldürsünlər. Məni rüsvay et­məklə düşmən­lərimi sevindirmə. Mənə qəzəbləndiyinə görə məni Allahdan başqasına ibadət etməklə özlərinə zülüm edən za­lım­ qövümlə tay tut­ma".