×

الأعراف

Ayə 129

Muxtəsər təfsir

قَالُوٓا۟ أُوذِينَا مِن قَبْلِ أَن تَأْتِيَنَا وَمِنۢ بَعْدِ مَا جِئْتَنَا ۚ قَالَ عَسَىٰ رَبُّكُمْ أَن يُهْلِكَ عَدُوَّكُمْ وَيَسْتَخْلِفَكُمْ فِى ٱلْأَرْضِ فَيَنظُرَ كَيْفَ تَعْمَلُونَ ﴿١٢٩﴾

Musanın - aleyhissəlam - İsrail oğul­larından olan qövmü Musaya - aleyhissəlam - dedilər: "Ey Musa! Sən bi­zim yanımıza gəlməzdən əvvəl də, sə­nin gəli­şin­dən son­ra da Firon tətəfdən oğlan övladlarımızı öldurməklə, qadınlarımızı sağ buraxmağla bizə əziyyət verildi". Musa - aleyhissəlam - onlara müjdə verərək de­di: "Ola bil­sin ki, Rəbbiniz düş­mə­ni­niz Fironu və onun əyanlarını məhv edib sizi onlardan sonra yer üzünün varis­ləri tə­yin etsin, sonra da sizin orada Allaha şükür yoxsa küfür edə­cə­yi­ni­zə baxsın".