×

الأعراف

Ayə 126

Muxtəsər təfsir

وَمَا تَنقِمُ مِنَّآ إِلَّآ أَنْ ءَامَنَّا بِـَٔايَـٰتِ رَبِّنَا لَمَّا جَآءَتْنَا ۚ رَبَّنَآ أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَتَوَفَّنَا مُسْلِمِينَ ﴿١٢٦﴾

Ey Firon! Sən bizdən sadəcə, Musanın - aleyhissəlam - vasitəsi ilə Rəb­bimi­zin ayələri bizə gəldikdə on­la­ra iman gətir­məyimizə görə intiqam alırsan. Əgər bu eyib edilən bir günahdırsa, bu sənin deyil, bizim günahımızdır. Sonra onlar: Ey Rəb­bimiz! Bi­zə haqq üzərində sabitqədəm qalmağımız üçün bizə çoxlu səbir ver və bi­zi mü­səlman, əmrlərinə müti və elçinə tabe olaraq öldür" – deyib Allaha yalvararaq dua etdilər.