Muxtəsər təfsir
ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِم مُّوسَىٰ بِـَٔايَـٰتِنَآ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَظَلَمُوا۟ بِهَا ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُفْسِدِينَ ﴿١٠٣﴾
Biz o elçilərdən sonra Musanın - aleyhissəlam - həqiqətən də, Allah tərəfindən göndərilən elçi olduğuna dəlalət edən açıq-aşkar dəlillərimiz və möcüzələrimizlə onu Firon və onun qövmünə elçi göndərdik. Amma onlar bu dəlillərdən üz çevirib, küfr etdilər. Ey Peyğəmbər! Sən, Firon və onun qövmünün aqibətinin necə olduğuna fikir ver. Allah onları suda qərq etdi, onları dünya və axirətdə lənətə düçar etdi.