Muxtəsər təfsir
فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ ﴿٤٨﴾
Ey Peyğəmbər! Sən öz Rəbbinin hökmünü - onları tədriclə məhv edəcəyini səbirlə gözlə və balıq sahibi Yunus peyğəmbərin (aleyhissəlam) qövmünə əsəbiləşdiyi kimi əsəbiləşmə! O zaman o, dənizin zülmətləri içində və balığın qarnında ikən, qəm-qüssəli bir halda Rəbbinə dua etmişdi.