Muxtəsər təfsir
خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۖ وَقَدْ كَانُوا۟ يُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ وَهُمْ سَـٰلِمُونَ ﴿٤٣﴾
Onların baxışları zəlil görkəm alacaq, özlərini də zillət və peşmançılıq bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat olduqları halda onlardan Allaha səcdə etmək tələb olunurdu.