Muxtəsər təfsir
قُلْ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌ مُّبِينٌ ﴿٢٦﴾
Ey Peyğəmbər! De: "Qiyamətin qopacağı vaxtı bilmək Allaha məxsusdur, onun nə zaman qopacağını yalnız O bilir. Mən isə ancaq sizə açıq-aydın xəbərdar edən bir peyğəmbərəm".